Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib FOTOLAR
Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayon icra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 201 və 238 saylı orta məktəblərdə tədbirlər keçirilib.
Tədbirdə çıxış edən Nizami rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlərdən danışıblar. Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olub. Natiqlər ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyasına dəstək ifadə olunub.
Tədbirlərdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB