Aytən Mustafayeva: “Özümüzə dost qazanmaq məsələsinə fikir verməliyik” AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti Pedro Aqramuntun AŞPA-nın Nümayəndələr Komitəsinin iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı erməni nümayəndə heyəti tərəfindən tənqidə məruz qalması orada əyləşənlər arasında hansısa müəyyən fikir formalaşdırır". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.
Deputatın sözlərinə görə, heç də arxayınlaşmaq olmaz əksinə işləmək lazımdır: "Çünki ermənilər orada cürbəcür vasitələrlə özlərinə dostlar qazanırlar və lobbiçiliklə məşğuldurlar. Təbii ki, sağlam fikirə, düşüncəyə malik adamlar bunu başa düşürlər və görürlər ki, haqsızlıq var. Ancaq maraqlar siyasətdə ən böyük amildir. Biz bunun üçün ayrı-ayrı tənqidə, sözlərə aldanıb rahatçılıq etmək olmaz. Azərbaycan nümayəndə heyəti dəfələrlə göstərib ki, tək Qarabağ məsələsində deyil, başqa məsələlərdə də özünün obyektiv münasibətini göstərir. Biz özümüzə dostlar qazanmaq məsələsinə çox fikir verməliyik. Təbii ki, bu tək nümayəndə heyətinin işi deyil. Bununla hamı məşğul olmalıdır. Burada Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi aktiv işləməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB