"Ümumiyyətlə Azərbaycanda müxalifət heç zaman olmayıb. Onlar yaxşı olardı ki, gedib öz daxillərindəki böhranı aradan qaldırsınlar." Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.
Onun sözlərinə görə, Pənah Hüseynin müxalifətin parçalanması və böhranlı vəziyyətin daha da genişləndiyi barədə fikirləri heç də təəccüblü deyil: "Əgər ölkə mətbuatı onlar haqqında yazmasaydı, müxalifət çoxdan torpağa qarışmışdı. Onsuzda müxalifət ölü vəziyyətindədir. Bunlar ağıllı olsaydılar, hakimiyyətdə olanda bir iş görərdilər. 20 ildir hakimiyyətdən gediblər, indi birdən-birə ağıllanıblar? Onlar çıxıb xalq qarşısında tövbə edib, etdikləri səhvləri etiraf etməlidirlər. Onlar bir dəfə də boyunlarına alıb etiraf etməyiblər ki, dövlət çevrilişi etdik, ölkəni vətəndaş müharibəsi qarşısında qoyduq. Bunları deməyənə qədər kim onlara inanar?!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB