Xanlar Vəliyev: "Xocalı faciəsinin baş verəcəyini Ayaz Mütəllibov əvvəldən bilirdi"

Xanlar Vəliyev: "Xocalı faciəsinin baş verəcəyini Ayaz Mütəllibov əvvəldən bilirdi"

"Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamanki prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi". SIA-nın xəbərinə görə, bunu Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, o zaman Daxili İşlər Nazirliyi məlumat yaydı ki, faciədə cəmi iki adam ölüb: "Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək üçün xeyli əziyyət çəkməli oldu".

X.Vəliyev söyləyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya Ədalət" kampaniyası bu faciənin dünyanın bir çox ölkələrində tanıdılmasında böyük rol oynadı və bu təşəbbüs nəticəsində bir sıra ölkələr faciəni soyqırım kimi tanıdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə