Roma Papası Fransisk ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd, milyarder Donald Trampın həqiqi xristian olmasına şübhə etdiyini bildirib. SİA "BBC"-yə istinadən xəbər verir ki, buna səbəb namizədin verdiyi bəyanat olub. Belə ki, Tramp ölkəsinə gələn qaçqınların dərhal deportasiya edilməsini və s. bu kimi digər bənzər halların aradan qaldırılması üçün möhkəm səddin çəkilməsini təklif edib. Papa isə bu cür düşünən insanların həqiqi xristian olmalarına şübhə etdiyini deyərək bildirib ki, həqiqi xristian insanlar arasında sədd çəkməli deyil, körpülər qurmalıdır.
Xatırladaq ki, Tramp seçki kampaniyası çərçşivəsində 11 milyonluq qeyri-qanuni miqrantın ölkədən qovulması vacibliyindən danışıb. O cümlədən, Meksikanın ABŞ-a oğru və quldur ixrac etdiyini bildirib.
Lakin maraqlısı da budur ki, Tramp bu dəfə Meksikanı hədəfə alarkən, Roma Papası həmin ölkədə səfərdə olub və prezidentliyə namizəd milyarderin ittihamlarına cavab verib.
"Mən ancaq onu deyə bilərəm ki, bu adam belə danışırsa, xristian deyil. Biz gərək onun bu barədə dedikləri fikirlərini bir daha dəqiqləşdirək. Hər halda günahsızlıq prezumpsiyası da mövcuddur"-deyə qeyd edən dünya katoliklərinin lideri bununla yanaşı, amerikalıların Trampa səs verib-verməmələri ilə bağlı heç bir tövsiyə verməyəcəyini də deyib.
Papanın məsələyə münasibətindən sonra Tramp onu cavabsız qoymayıb və bildirib ki, katoliklərin lideri onun barəsindəki dşüncələrində ciddi səhf edir. "ABC News" onun sitatını yayımlayıb: "Əgər nə zamansa İŞİD Vatikana hücum edəcəksə, sizi inandırıram ki, Roma Papası Rəbbinə yalvaracaq ki, bircə Donald Tramp prezident seçilsin".
Milyarder namizəd bununla belə vurğulayıb ki, o həqiqi xristiandır və dini liderin insanlların təmiz imanı ilə bağlı şübhəsayağı fikirlər səsləndirməsi rüsvayçılıqdır.
Qeyd edək ki, Donald Tramp Ropa Papası Fransiski ilk dəfə deuil ki, ittiham edir. Belə ki, bir müddət öncə o "Fox"a verdiyi müsahibəsində demişdi ki, Fransiskin fəaliyyəti ruhanilikdən daha çox siyasətlə əlaqəlidir və katoliklərin lideri həddindən artıq siyasiləşmiş fiqurdur. Tramp Papanın Meksiya səfərini də siyasi səfər elementi adlandırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB