Politoloq: “Bu, Rusiyaya da şamil oluncaq”” MÜNASİBƏT

Politoloq: “Bu, Rusiyaya da şamil oluncaq”” MÜNASİBƏT

"Rusiya-Türkiyə münasibətlərinin belə gərgin dönəmdə olduğunu nəzərə alaraq qeyd etmək yerinə düşər ki, Türkiyə prezidentinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Prezidentlərin görüşü hər iki ölkəyə öz müsbət töhfəsini vermiş olacaq". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Türkiyə prezidentinin Azərbaycana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, ümumiyyətlə Türkiyə prezidentinin Azərbaycan bütün səfərləri ölkəmizdə olduqca təqdirəlayiq hal kimi qarşılanır: "Burada bir müsəlman həmrəyliyi də önə çəkilir. Baxmayaraq ki, bir sıra müsəlman ölkələrində məzhəb davaları gedir və yaxud da xristianlar arasında bir sıra problemlər yaşanır, amma müxtəlif xristian konfensiyaları öz aralarında görüşlər keçirərək müvafiq qərarlar həyata keçirirlər. Bundan başqa Türkiyə prezidentinin Azərbaycana səfəri ümumiyyətlə, regional proseslərin tənzimlənməsi üçün də müsbət haldır. Türkiyənin baş naziri Əhməd Davudoğlunun açıqlamalarından da bəlli oldu ki, münaqişə ocaqlarının yaranmasında Rusiyanın rolu nə qədərdir. Nə zamana qədər bu münaqişə davam edəcək, o zamana qədər böyük layihələrin həyata keçirilməsi də sual altına alınır. Məhz Türkiyə-Azərbaycan görüşü və bundan doğan hər hansı müsbət addımlar Rusiyaya da şamil oluncaq".

Arzu Nağıyev əlavə edib ki, istər Türkiyə, istərsə də Rusiya siyasi ambisyalarını kənara qoyub dövlət, xalq haqqında düşünsələr bu olduqca yaxşı qarşılanardı.

Bütün xəbərlər Facebook səhifəmizdə