ATƏT PA-nın qış sessiyası Vyanada keçiriləcək

ATƏT PA-nın qış sessiyası Vyanada keçiriləcək

ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası fevralın 25-26-da Vyanada keçiriləcək. SİA xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.

Sessiya zamanı ATƏT məkanında miqrant və qaçqınlarla bağlı böhran, terrorizmlə mübarizə, Ukraynadakı vəziyyət, eləcə də ATƏT PA-nın illik sessiyasına hazırlıq prosesinin müzakirə olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə