“Əfqanıstan və İraqda olduğu kimi, Suriyada da Rusiyanın “burnu ovulacaq”” MÜNASİBƏT

“Əfqanıstan və İraqda olduğu kimi, Suriyada da Rusiyanın “burnu ovulacaq”” MÜNASİBƏT

"Rusiyanın Suriyaya müdaxiləsindən sonra bölgədə əsəblərin tarıma çəkilməsi müşahidə olunur. Putinin Suriya rejiminə verdiyi dəstək əslində öz hakimiyyətini qorumaq məqsədini güdür". Bu fikirləri SİA-ya politoloq Vasif Əfəndiyev Rusiya-Türkiyə qarşıdurması, eyni zamanda Suriyada mövcud vəziyyətinin gedişatı məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bəzən bu müdaxiləni Rusiyanın imperiya xülyaları ilə müqayisə etsələr də, bu mövqe ilə qismən razılaşmaq olar: "Əgər Putin Böyük Rusiya haqqında düşünmüş olsa idi, o zaman idarə etdiyi dövlətin daxilində demokratik dəyərlər və iqtisadi reformalar həyata keçirməyə çalışardı. İndiki şəraitdə isə populist hərəkətlər və dağıdıcı müharibələr aparmaqla ölkə daxilində şovinist ruslar arasında reytinq qazanmağa çalışır. Aparılan son müşahidələr onu göstəriri ki, Putin Rusiya əhalisinin millətçi qisminin etimadını qazana bilsə də, bu əhalinin yalnız 15-20 faizini təşkil edir.

Politoloq qeyd edib ki, Əsəd tayfası Suriyaya rəhbərlik etməyə başladıqdan sonra Türkiyə bu regionda nüfuzunu saxlasa da, təsirini itirmişdi: "Osmanlı imperiyası zamanlarında olduğu kimi Türkiyə yenidən Suriya üzərində öz hüquqlarının tanınmasına çalışır .Əsəd rejiminin laxlaması bu fürsəti reallaşdırmağa imkan verir. Ona görə də Türkiyənin Suriyaya hərbi müdaxiləsi qaçılmazdır. Burada Rusların məhv etməyə çalışdığı Türkman faktorunu da unutmamaq gərəkdir. Türkiyənin aktiiv hərəkətə keçməsi istəyinə müəyyən mənada etiraz edən Ağ ev çox yaxşı başa düşür ki, proses aktiv fazaya keçərsə heç bir bəyanat Türkiyəni geri addım atmağa məcbur edə bilməyəcək və nəticədə ABŞ NATO müttəfiqi olaraq Türkiyənin yanında yer almağa məcbur olacaq. ABŞ-ın hərbi müdaxiləni dayandırmağa çağırış etməsi "qızım sənə deyirəm gəlinim sən eşit" prinsipinə söykənir. Bununla Ağ ev Putinə bir növ xəbərdarlıq edir.

Hesab edirəm ki. Türkiyə Suriyada yaşayan türkmənlər üzərində müəyyən haqlar qazana biləcək. Putin regiondan tamamilə sıxışdırılıb çıxarılacaq. Əfqanıstan və İraqda olduğu kimi, Suriyada da Rusiyanın "burnu ovalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə