ABŞ Prezidenti Barak Obama Kaliforniyada düzənlənən mətbuat konfransında jurnalistlərlə keçirdiyi görüşdə deyib ki, o milyarder Donald Trampın ölkənin növbəti prezidenti postuna seçilməyəcəyini ümid edir. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, Obama amerikalıların da onun düşündüyünü istisna etmir: "Mən hələ də inanıram ki, cənab Tramp prezident olmayacaq. Mən ona görə ümid edirəm ki, ilk növbədə Amerika xalqına inanıram. Hesab edirəm ki, Tramp bir gün prezident olmağın nə qədər ciddi iş olduğunu anlayacaq".
"Prezident işi nə tok-şou, nə realiti-şou, nə reklam, nə də marketinqdir, bu, çox ağır bir işdir. Prezident dünyanın bütün ictimai-siyasi liderləri ilə elə işləməlidir ki, onun gördüyü iş birbaşa administrasiyasının işi, əhəmiyyətli olması kimi qiymətləndirilsin" -deyə, Obama bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB