Müsavat rəsmisi: "Arif Hacılıya böhtan atırlar" MÜNASİBƏT

Müsavat rəsmisi: "Arif Hacılıya böhtan atırlar" MÜNASİBƏT

"Əvvala onu qeyd edim ki, məhkəmənin Musavata qarşı rifahçıların iddiasını təmin etməməsi tam doğru ve ədalətli bir qərardır". Bi fikirləri SİA-ya Müsavat partiyasının divan üzvü Razim Əmiraslanlı bir qrup narazı müsavatçı tərəfindən Müsavat partiyasının məhkəməyə verilməsi və partiyanın qurultayının nəticələrinin ləğv olunması ilə bağlı iddiasının təmin edilməməsinə münasibət bildirərkən deyib.

Müsavat rəsmisi bildirib ki, məhkəmənin qərarı Müsavatın qurultayının ədalətli və şəffaf keçməsini bir daha sübut etmiş oldu: "Müsavat digər müxalifət partiyalarından fəqli olaraq, siyasi sistemə öz töhfəsini vermiş olub".

Razim Əmiraslanlı ADR rəhbərliyinin başqan Arif Hacılını hakimiyyətə işləməsi ittihamlarını da yersiz adlandırıb: "Ümumiyyətlə, Müsavat rəhbərliyini, o cümlədən başqan Arif Hacılını bu cür ittiham etmək ədalətsizlik və böhtandır. Bu iddiaların heç bir əsası yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə