Rövşən Rzayev: “İşğalçı ölkə alətdir, ondan istifadə edirlər” AÇIQLAMA

Rövşən Rzayev: “İşğalçı ölkə alətdir, ondan istifadə edirlər” AÇIQLAMA

"Ermənistanın Araz çayı sərhədində fəalakətli bir vəziyyət yaratması beynəlxalq təşkilatların nəzərinə çatdırılmalıdır". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün bu kimi problemləri mütəmadi olaraq beynəlxalq təşkilatların hər birinə çatdırır: "Amma təəssüf ki, ikili standartlar əsl həqiqəti üzə çıxarmağa yol vermir. Beynəlxalq təşkilatlar bilir ki, Ermənistanın içi, düşüncəsi ancaq təxribatçı, yalançı siyasətdən, terrorçu qruplardan ibarət olan hakimiyyətləri var. Onların heç birində bunlar kifayət qədər düzgün qiymət vermək istəmirlər. Halbuki hər şeyi də çox gözəl görürlər. Son hadisələr isə onu bir daha sübut etdi. Ermənistan nəinki Araz çayında, ümumiyyətlə regionda problem yaradan bir ölkəyə çevrilib. İşğalçı ölkə alətdir və ondan istifadə edirlər. Bu problem bitdikdən sonra Ermənistan yenə də digər bir problemdə öz təxribatçı fikirlərini həyata keçirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə