YAP nümayəndə heyəti Yaponiyada

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Yaponiyanın Liberal Demokratik Partiyasının dəvəti ilə Tokioya rəsmi səfəri başlayıb. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, səfərin məqsədi YAP və LDP arasında əlaqələrin qurulması və ikitərəfli münasibətlərin genişləndirilməsindən ibarətdir.

YAP nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli , Sevinc Hüseynova, eləcə də YAP Siyasi Şurasının üzvü, QİƏT PA-nın baş katibi Asəf Hacıyev daxildir.

Səfər fevralın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə