Aydın Mirzəzadə: “Türkiyə parlamenti öz sözünü deməyi bacarmalıdır” MÜNASİBƏT

Aydın Mirzəzadə: “Türkiyə parlamenti öz sözünü deməyi bacarmalıdır” MÜNASİBƏT

"Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı hadisələrinə soyqırım kimi tanımayan deputat yoxdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ümumən götürdükdə parlament üzvlərini və Türkiyə cəmiyyətinin Xocal soyqırımı məsələsində həqiqəti daima dəstəkləməsi təqdirəlayiqdir: "Amma parlamentin bunu nəyə görə soyqırım kimi tanımamasına gəlincə, deyə bilərəm ki, bu hələ bizim üçün aydın deyil. Bu gün Türkiyə parlamentinin bu hadisəni tanımamasına hər hansı bir əngəl yoxdur. Həmçinin rəsmi Ankara Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın ədalətli mövqeyinin yanında olub. Hesab edirəm ki, bu məsələdə Türkiyə parlamenti öz sözünü deməyi bacarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə