Məhkəmə sabah Razi Nurullayevin iddiasına baxacaq

Məhkəmə sabah Razi Nurullayevin iddiasına baxacaq

Bakı Apellyasiya Məhkəməsində Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiası üzrə məhkəmə prosesi keçirilib. Bununla bağlı SİA-ya açıqlamasında Razi Nurullayevin müavini Səbuhi Aslanbəyli bildirib ki, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən proses təxirə salınaraq fevralın 11-nə keçirilib.

Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilmişdi və gizli səsvermədən sonra Razi Nurullayev sədr seçilmişdi. Amma qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. Daha sonra Razi Nurullayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, məhkəmə onun iddiasını icraata götürməyib. Məhz ona görə də Apellyasiya Məhkəməsinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə