Hərbi ekspert: “Dağlıq Qarabağ münaqişəsi istənilən an başlaya bilər” AÇIQLAMA
"Ümumiyyətlə nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, istənilən an aktiv döyüş əməliyyatlarının başlanması mümkündür". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, döyüş əməliyyatlarının başlanması isə nə Moskvadan, nə də rəsmi Vaşinqtondan asılı olan məsələ deyil: "Çünki sabah elə bir kritik vəziyyət yaransa, Azərbaycan özü sərbəst şəkildə qərar qəbul edə bilər və bu, ölkəmizin haqqıdır. 20 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilmir. Bundan əlavə ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək Ermənistana heç bir təsir göstərmir. Ona görə də münaqişənin istənilən an başlaması mümkündür. Amma heç kim də deyə bilməz ki, o problem həll oluna bilməz. Nə qədər də ağır olsa da hər iki tərəfdən çox ciddi itkilər olacaq".
Ü.Cəfərov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır: "Biz onu heç yerdə axtarmalı deyilik. Əgər rəsmi Moskva istəsə, çox qısa müddətdə Ermənistanı məcbur edə bilər ki, onlar işğal olunmuş əraziləri boşaltsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu gün Rusiya ikibaşlı oyun oynayır. O Ermənistanı silahlandırır, digər tərəfdən isə Azərbaycanla özünü yaxşı göstərir. Ola bilsin ki, 2016-cı ildə münaqişənin həlli bir qədər də uzansın. Təbii ki, tələsməkdə lazım deyil. Çünki 2016-cı il yeni başlayıb. Fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək. Rəsmi Ankara da artıq DQ-nın həll olunmasında aktiv oyunçuya çevrilir. Ola bilsin ki, Türkiyə ilə Rusiya arasında olan gərginlik fonunda rəsmi Ankara müəyyən cəhdlər etsin ki, münaqişə öz həllini tapsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB