Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2015-ci ildə fəaliyyətinin yekunlarına dair hesabat konfransı və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Fondun uğurlu fəaliyyətindən və 2015-cı ildəki qazandığı nailiyyətlərdən söhbət açıblar.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda dövlət gənclər siyasətindən danışaraq deyib ki, Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda gənclər siyasətinə xüsusi önəm verdi. Azərbaycan gənclərinin ilk forumu məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildi və 2 fevral Gənclər Günü elan edildi. Heç bir ölkədə gənclərə Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərən qurum yoxdur. Azərbaycanda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası var ki, gənclərə dəstək verir, onların layihlərini maliyyələşdirir".
F.Hacıyev bildirib ki, indiyə qədər Fond 7 qrant müsabiqəsi keçirib: "Müsabiqələr zamanı Fonda müxtəlif layihələrlə bağlı 5080 müraciət daxil olub və onlardan 2333-ü müsbət cavab alıb. Ümumilikdə, bu layihələrə 13.5 milyon manatdan artıq vəsait ayrılıb".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov Şuranın ötən ilki fəaliyyəti haqqında danışıb. O bildirib ki, Müşahidə Şurası ötən il bir neçə görüş keçirib: "Müşahidə Şurası Fondun fəaliyyətini tənzimləyən bir sıra mühüm sənədlər qəbul edib. Sevindirici haldır ki, ildən ilə Gənclər Fonduna maraq artır və Fonda təqdim olunan layihələrin sayı da artır".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclərə xüsusi dövlət qayğısı mövcuddur: "Ötən 20 il ərzində Azərbaycan gənclər siyasəti sahəsində bir çox hədəflərə çatdı. Azərbaycanın dünyaya nümunə olacaq bir gənclər siyasəti formalaşıb. Gənclər Fondu yarandığı gündən gənclər təşkilatlarının fəaliyyətinə dəstək göstərib, qısa müddət ərzində gənclər təşkilatlarının və fərdi gənclərin minlərlə təşəbbüsləri dəstəklənib".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri Gənclər Fondunun fəaliyyəti, gənclərə göstərilən dövlət qayğısından danışıb və 2 fevral Gənclər Günü münasibəti ilə gəncləri təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB