Musa Qasımlı: “Səfər iki ölkə arasında münasibətlərdə yeni addımdır” AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin deputatı, professor Musa Qasımlı SİA-ya açıqlamasında ölkə başçısının səfəri və iki ölkə arasındakı əlaqələr barədə bunları deyib: "Cənab Prezidentimiz İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında münasibətlərdə yeni addımdır. Səfər zamanı keçirilən danışıqlar münasibətlərin böyük potensialının olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB