Sədr: “Ölkə əhalisinin böyük hissəsi gənclərdən ibarətdir” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycanda gənclər siyasəti kifayət qədər hərtərəfli şəkildə həyata keçirilir. Bu artıq daimi və davamlı siyasət halına gəlib". Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, millət vəkili Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, mütəmadi olaraq gənclərlər bağlı qanun layihələri, yeni-yeni proqramlar qəbul olunur: "Təbii ki, buna adekvat olaraq gənclər də dövlət siyasətində aktiv şəkildə iştirak etməyə başlayıb. Əgər biz fikir versək görərik ki, dövlət qurumlarında kifayət qədər gənc mütəxəssislər var və onların sayı getdikcə artmaqdadır. Eləcə də xaricdə təhsil alan gənclərimizin Azərbaycana qayıdaraq həm təhsil müəssisələrində, həm də özəl şirkətlərdə, dövlət qurumlarında çalışma faizi ildən-ilə artır. Yəni gənclər kifayət qədər öz dövlətlərinə xeyir verməyə çalışırlar. Təbii ki, bu da uğurlu alınır. Ümumiyyətlə Azərbaycan gənclər ölkəsidir. Çünki ölkə əhalisinin böyük bir hissəsi gənclərdən ibarətdir. Düşünürəm ki, gələcəkdə də gənclər və dövlət, eyni zamanda dövlət-gənclər siyasəti bütövlükdə Azərbaycan dövlətinin daha da inkişafına gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB