Şahin İsmayılov: “Azərbaycanın uğurlu gənclər siyasəti xaricdə də qəbul olunur” AÇIQLAMA
"Azərbaycanda dövlət gənclər siyasəti kifayət qədər uğurlu səviyyədə həyata keçirilir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatının (ATGT) sədri Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, bu siyasət davamlı xarakter daşıyır: "Hər il gənclər haqqında yeni-yeni qanun layihələri qəbul olunmaqla yanaşı bu layihələrin işlək mexanizmləri də hazırlanır. Gənclər siyasətinin uğurlu olduğunu təkcə bizlər yox xarici dostlarımız, partnyorlarımız da deyir. Bugünki Azərbaycan gənci ona görə xoşbəxtdir ki, ölkəmizdə gənclər siyasəti daim gündəmdir, yeni-yeni yanaşmalar var və bu yanaşmalar gənclərimizin hərtərəfli inkişafına gətirib çıxarır".
Cənab Prezidentin qəbul etdiyi bir qrup gənclər sırasında olduğum üçün xoşbəxtəm. Ölkə başçısı biz gənclərə hərtərəfli olaraq dərs şəklində məlumatlar verdi, Azərbaycanda aparılan dövlət siyasətin önəmini qeyd edərək ölkə gəncliyindən gözləntilərini söylədi.
Azərbaycanda gənclər siyasəti Cənab Prezident tərəfindən daima diqqətdə saxlayır. "Mən gənclərə güvənirəm və gənclər də bütün işlərində mənə arxalana bilərlər" deyən ölkə başçısı bu gün də bunu öz əməli ilə sübut edir. Görüş çox uğurlu keçdi. 5 nəfər gənc mükafatlandırıldı. Bu Cənab Prezidentin Azərbaycan gəncliyinə verdiyi önəmin, bəslədiyi isti münasibətin bariz növbəti nümunəsi oldu. Biz gənclər də Onun etimadını doğrultmağa çalışacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB