I vitse-spiker: “Minsk qrupu mənasız təşkilata çevrilib" MÜNASİBƏT
"ATƏT-in Minsk qrupu başda olmaqla, Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Azərbaycan Prezidenti İlham Əliyev qəbul edilməyən və Azərbaycanın haqq səsinin tapdalandığı bu məsələyə ötən gün gənclərlə keçirdiyi görüşdə də öz fikrini bildirdi". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
I vitse-spiker bu məsələyə bir neçə aspektdən yanaşıb: "Əvvəla bu bir faktdır ki, beynəlxalq təşkilatlarda ikili standartlar çoxdan mövcuddur: "İkincisi, Azərbaycanın haqq səsinin eşidilməməsi, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin etiraf edilməməsi göstərdi ki, Avropa Şurası Parlament Assambleyasında Ermənistanın işğalını müdafiə edənlər var: "Etiraf etmək lazımdır ki, Azərbaycanın orada dostları da çoxalıb. Bu sənəd 5-6 səs çoxluğu ilə həll olunurdu. Amma ikinci qətnamə, yəni Sərsəng su anbarı ilə bağlı məsələ qəbul olundu və bu sənəddə Ermənistanın işğalçı olması bilavasitə göstərildi. Lakin sırf birinci qətnamənin qəbul olunmaması bir daha onu göstərdi ki, ATƏT-in Minsk qrupu başda olmaqla, Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Ümumiyyətlə, biz hesab edirik ki, Minsk qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB