Ziyafət Əsgərov:" Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün məhdudiyyətdi AÇIQLAMA
"Yolumuz Ulu Öndər Heydər Əliyev yoludur və biz hamımız bu yolun yolçusuyuq". SIA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov YAP GB-nın hesabat konfransında deyib.
O bildirib ki, Cənab Prezident dünyada baş verən prosesləri çox düzgün analiz edir: "Dağlıq Qarabağ münaqişəsinin həllində səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün məhdudiyyətdir. Cənab Prezidentin də dediyi kimi beynəlxalq hüquq çox pis vəziyyətdədir".
"AŞPA-da müzakirə olunan iki hesabat zamanı bir daha ölkəmizə qarşı ikili standartların şahidi olduq. Azərbaycan xalqı cənab Prezidentin ətrafında bundan sonra da sıx birləşərək istənilən çətinliklərdən şərəflə çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB