DGK-nin kollektivi Fəxri Xiyabanda olub

DGK-nin kollektivi Fəxri Xiyabanda olub

Dövlət Gömrük Komitəsinin sədri və komitə kollektivi yanvarın 30-da Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub. SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gömrük işçiləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə