Kamal Abdullayev: “Azərbaycan naminə faydalı işlərimiz davam edəcək”
"Biz Nardaran, Naxçıvan, Şamaxı, Lənkəran, Gəncə və digər dilbər guşələrimiz daxil bütövlükdə Azərbaycan olaraq bütün dünyaya mehribançılıq, mərhəmət və şəfqət mesajı veririk". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Nardaran ziyalıları və məktəbliləri ilə görüşü zamanı deyib.
O bildirib ki, Nardaranın 130 və 295 nömrəli orta məktəblərinin şagirdləri müəllimləri ilə birlikdə Bakı Beynəlxalq Multikulturalizm Məktəbində oldular: "Cənab Prezident 2016-cı ili "Multikulturalizm ili" elan edib. Əslində bu, 2016-cı ilin mehribançılıq, mərhəmət, şəfqət ili elan edilməsinə bərabərdir. Bu gün Nardaran məktəbliləri bunu edirlər, digər günlərdə başqa bölgələrimizin məktəbliləri bu mesajı verəcəklər".
Mən düşünürəm ki, bu gün çox maraqlı görüşümüz oldu. Bu görüşlərin sayını artırmalıyıq. Uşaqlar Bakının bir çox yerlərində, o cümlədən Şiravanşahlar sarayında, İçərişəhərdə gözəl ekskursiyada oldular, geniş məlumatlar aldılar. Onlardan çox şey öyrəndiyimi deyə bilərəm. Həqiqətən də işıqlı gənclərimiz var. Nardaranın simasında digər bölgələrimizdə də Azərbaycan naminə mənəviyyatımızın, mədəniyyətimizin, dinimizin, dilimizin, ədəbiyyatımızın inkişafı bundan sonra daha geniş şəkildə təbliğ olunacaq.
Bu tədbirlər birdəfəlik xarakter daşımayacaq. Görüş zamanı gələcək tədbirləri də müzakirə etdik. Tədbirlərimiz Nardaranda davam etdiriləcək eyni zamanda Nardaran məktəblilərinin Azərbaycanın müxtəlif bölgələrinə dəvət edəcəyik. Güman edirəm ki, Azərbaycan naminə faydalı işlərimiz davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB