Sədr: "İnsanların sərhəddən keçməsində heç bir problem yoxdur”

Sədr: "İnsanların sərhəddən keçməsində heç bir problem yoxdur”

"Bəzi sahələr, müəssisələr vergidən azad olunsa da, plan 1.590 milyarda qarşı 1.592 mlrd. manatlıq plan icra olunub". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində "2015-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il 8660-dan yuxarı gömrük qaydalarının pozuntusu faktı qeydə alınıb: "Bunlardan 300-ü cinayət xarakterli olub. Bunların da əksəriyyəti qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub".

Komitə sədri bildirib ki, fevralın 1-dən sərhədlərdə avtomobillərlə daşınan iri qabaritli yüklərin tez yoxlanılması üçün Almaniya istehsalı olan xüsusi cihazlar tətbiq ediləcək: "İlk olaraq bu cihazlar iki istiqamətdə - Gürcüstan və Rusiya ilə sərhəd keçid məntəqələrində işə başlayacaq. Eyni zamanda yaxın günlərdə Rusiya ilə sərhəddə dəmir yolu məntəqəsində də bu cür cihazın işə salınması planlaşdırılıb. Hazırda sərhəd keçid məntəqələrində 600-dən yuxarı hərəkət edən kamera fəaliyyət göstərir. Görülən işlərin nəticəsidir ki, biz tərəfdən maşınların və insanların sərhəddən keçməsi zamanı heç bir problem yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə