Şahin İsmayılov: “Bu, erməni cinayətlərinin növbəti ifşasıdır” MÜNASİBƏT

Şahin İsmayılov: “Bu, erməni cinayətlərinin növbəti ifşasıdır” MÜNASİBƏT

"Bu, Azərbaycan diplomatiyasının böyük uğurudur". SİA xəbər verir ki, bu fikirləri millət vəkili Şahin İsmayılov AŞPA-nın qış sessiyasında "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzənin səsə qoyularaq qəbul olunmasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, qəbul olunan qətnamə ermənilərin təkcə müharibə dövründə deyil, müharibədən sonra da azərbaycanlılara qarşı təşkil etdiyi cinayətlərin təsdiqidir: ""Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzənin səsə qoyularaq qəbul olunması növbəti bu istiqamətdə nəticələr üçün yol açır. Erməni mətbuatında, ümumiyyətlə erməni ictimiyyətində bu məsələ ilə bağlı böyük ajotaj var idi və onlar mümkün vasitələrlə bunun qəbulunun qarşısını almağa çalışırdılar. Amma niyyətlərinə çata bilmədilər. Haqq-ədalət növbəti zəfərini çaldı. Deputat həmkarlarımı bu böyük uğur münasibətilə təbrik edirəm".

Onun sözlərinə görə müharibə təkcə cəbhədə yox, bütün sahələrdə aparılır: "Hər bir Azərbaycan vətəndaşı istər məmur, istər deputat, istərsə də sadə vətəndaş bundan sonra da erməni mənfurluğunun ifşası üçün əlindən gələni etməlidir".

ATƏT-in Minsk qrupu həmsədrlərinin bu qətnamələrin müzakirəyə çıxarılmamışdan öncə sərgilədiyi mövqe gülməlidir: "Onların düşüncəsinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bütün məsələlər yalnız həmsədrlərin iştirakı ilə həyata keçirilməlidir. Münaqişənin həllində sanki bir inhisarçılıq mövqeyi sərgiləyirlər. Monopolist olmadıqlarını dərk etməlidirlər. Azərbaycan dövləti gözləməli deyil ki, həmsədrlər nə vaxt bu münaqişəni həll etmək üçün real mövqe ortaya qoyacaqlar. Dövlətimiz öz ərazi bütövlüyünün bərpa olunması üçün mövcud bütün imkanlardan istifadə edir və bundan sonra da edəcək. ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində konkret işlər görməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə