Musa Qasımlı: “Qətnamə Ermənistanın işğalçı siyasətinin daha bir təsdiqidir" AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı qətnamə günümüzün reallığını əks etdirir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Deputatın sözlərinə görə, həqiqətən də Ermənistan və Azərbaycan arasındakı sərhəddə, eyni zamanda erməni silahlı qüvvələrinin işğal altında saxladıqları ərazilərdə azərbaycanlılara məxsus olan çaylardan və bulaqlardan əhali istifadə edə bilmir: "Sakinlər daim atəş altında saxlanılır. Digər tərəfdən Ermənistan Araz çayına kimyəvi tulantılar atır. Bununla da müvafiq beynəlxalq konvensiyaları kobudcasına pozur. Eyni siyasəti Ermənistan daha kəskin şəkildə işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirir. Bunun nümunəsi kimi Sərsəng su anbarını misal göstərmək olar. Qətnamə Ermənistanın təcavüzkarlıq siyasətinin daha bir təsdiqidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB