Məlahət İbrahimqızı: "Ermənistan hakimiyyəti xalqa qarşı təcavüzkar siyasət yürüdür" AÇIQLAMA
"Ermənistandakı sadə xalq Serj Sarkisyan hakimiyyətini terrorçu və zorakı rejim adlandırır. Bu ölkənin ictimaiyyəti Xocalı soyqrımını törədən quldurların rəhbərlərindən olan, əli qana batmış insanların hakimiyyətdə olduqlarını yaxşı başa düşür". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan hakimiyyəti təkcə Azərbaycana deyil, öz xalqına qarşı da təcavüzkar siyasət yürüdür: "Ermənistan hakimiyyəti öz xalqını girovda saxlayır. Bu cinayətkar rejim xalqa qənim kəsilib. Hər kəsə məlumdur ki, Ermənistan səfil vəziyyətdədir. Artıq nəinki erməni əsgərləri, hətta zabit heyəti də cana doyub. Onlar dərk edirlər ki, Azərbaycan xalqı öz torpağını müdafiə edir. Bəs erməni hərbçiləri kimin və nəyin yolunda ölürlər? Onlar artıq yaxşı bilirlər ki, Serj Sarkisyan rejiminin təcavüzkar siyasətinin qurbanlarına çevriliblər. Ermənistan ordusunun əsgər və zabitləri ilə yanaşı, ziyalılar, sadə vətəndaşlar da bu fikirdədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB