Bu gün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ölkəmizdə səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə məlumatların toplanması məqsədilə ölkəmizdə səfərdə olan məsləhətçilərdən ibarət missiyası birgə seminar keçiriblər. FHN-dən SİA-ya verilən məlumata görə, seminarda iştirak edən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşları Ryuiçi Hara, Hideki Araki, Tsutomu Kurihara və Kazuto Suzuki səfər çərçivəsində - cari il yanvarın 16-dan başlayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçirib və müvafiq sorğular aparıblar.
Zəlzələ və digər təbii fəlakətlərlə bağlı texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəylərin təqdim edilməsi məqsədilə keçirilən seminarda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak edib.
Seminarı giriş sözü ilə açan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov tədbir iştirakçılarına fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Nigar İsmayılova bu agentliklə ölkəmizin uyğun qurumları arasında əməkdaşlıqdan bəhs edib.
Məsləhətçilər qrupu adından çıxış edən Tsutomu Kurihara Yaponiyanın fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə təcrübəsi, həmçinin, zəlzələ və digər təbii fəlakətlərə cavab olaraq texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəyləri Azərbaycan tərəfinə təqdim edib.
Sonra mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB