Əli Əliyev: "Ölkə siyasəti üçün müxalifətdaxili atmosfer həlledici deyil" MÜNASİBƏT

Əli Əliyev: "Ölkə siyasəti üçün müxalifətdaxili atmosfer həlledici deyil" MÜNASİBƏT

"Bu gün müxalifət partiyalarının münasibətləri əlbəttə yaxşı deyil. Bunu təkcə tədbir prizmasında yox, digər zamanlarda da müşahidə etmək olur". Bunu SİA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Azadlıq siyasi partiyaların əməkdaşlıq mərkəzinin toplantısına AXCP və Müsavat partiyasının qatılmamasına münasibətini açıqlayarkən deyib.

Əli Əliyev müxalifət arasında bu cür münasibətlərin obyektiv və subyektiv səbəblərinin olduğunu bildirib. O qeyd edib ki, hal-hazırda ölkə siyasəti üçün müxalifətdaxili atmosfer həlledici deyil: "Ümümmilli məsələlərdə birgə fəaliyyət daha məqsədəuyğun olardı. Siyasi təşkilatlar öz maraqları çərçivəsində proseslərdə rol almağa çalışırlar. Hərə özünü daha böyük və həlledici təqdim etməyə çalışır. Cəmiyyət tərəfindən dəstək almayan "liderlər"in nə düşünməyindən asılı olmayaraq, son qərarı yenə də xalq verir, xalq qiymətləndirir. İndiki məqamda düşünürəm ki, siyasi fəallıq yüksələcək, kimin hansı gücdə olması ayarlanacaq. Ondan sonra müxalifət daxilində konkret mövqelərə görə təmərküzləşmə gedəcək".

VİP sədri onu da vurğulayıb ki, indi baş verənlərə dözümlü yanaşmaq lazımdır: "Yaxın zamanda bütün siyasi təşkilatların gücü aydın şəkildə görünəcəkdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə