Kamran Əliyev: "Ölkə başçısı tərəfindən ciddi tapşırıqlar almışıq" AÇIQLAMA
"Bəzi işbazlar devalvasiyanın ölçülərindən kənara çıxaraq, strateji məhsulların qıtlığını yaradırlar". Bu fikirləri SİA-ya açıqlamasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Kamran Əliyev bildirib ki, enerji daşıyıcılarının, xüsusilə neftin kəskin ucuzlaşması, dünya gücləri arasında gedən gərgin qarşıdurmalar Azərbaycana da təsir edir: "Bəzi işbazlar devalvasiyanın ölçülərindən kənara çıxaraq strateji məhsulların qıtlığını yaradırlar. Bizim idarə tərəfindən bununla güclü mübarizə aparılır. Ölkə başçısı tərəfindən ciddi tapşırıqlar almışıq. Həmin şəxslər öz əməllərindən dönənədək mübarizəmiz davam edəcək. Biz vətəndaş cəmiyyətinin strukturları ilə sıx əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Ağıllı və təcrübəli iş adamları süni qiymət artımına yol verməzlər".
Onun sözlərinə görə, mətbuatda gedən məlumatlar idarə tərəfindən diqqətlə izlənilir və təhlil olunur: "İdarə 5 korrupsiya faktını mətbuat vasitəsilə öyrənərək araşdırıb, cinayət işi başladıb. 10 il əvvəl mövcud olan korrupsiya cinayətləri bu gün təkrarlanmır. Gedən yeni proseslər nəticəsində korrupsiyanın yeni təzahürləri yaranıb. ASAN xidmətin yaranması ilə korrupsiyaya qarşı mübarizədə yeni səhifə açıldı".
Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi barədə məsələyə də toxunan Kamran Əliyev həmin şəxslə bağlı rüşvət maddəsi ilə cinayət işi başladıldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB