PA-nın şöbə müdiri: “Həmsədrlər fəal görünməyə çalışırlar” MÜNASİBƏT

PA-nın şöbə müdiri: “Həmsədrlər fəal görünməyə çalışırlar” MÜNASİBƏT

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə başçısı konkret olaraq mövqeyini yığcam və açıq şəkildə bildirdi. Təəssüflər olsun ki, hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru addımın atılmasını müşahidə etmirik". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri öz fəallıqlarını göstərməyə çalışırlar: "Amma Azərbaycan-Ermənistan prezidentlərinin həmsədrlərlə birgə dekabr ayındakı son görüşü də bu istiqamətdə irəliyə addım atmağa imkan vermədi. Onlar əllərində gələni etsə də, bu kifayət deyil. Əslində onların atdıqları bu addımların müəyyən bir nəticə verməsi üçün yəqin ki hansısa komponentlər çatmır. Digər tərəfdən Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konkret addımlar atmaq istəmir. Onlar düşünməlidirlər ki, bu vəziyyətdə qalmaq mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə