Politoloq: “Əhalini iğtişaşlara səsləmək qanunaziddir” AÇIQLAMA

Politoloq: “Əhalini iğtişaşlara səsləmək qanunaziddir” AÇIQLAMA

"Rəsul Quliyev və onun kimi düşünən digər "siyasətçilər" anlamalıdır ki, əhalini iğtişaşlara səsləmək və bu kimi çağırışlar etmək Azərbaycan qanunlarından xəbərsiz olmasına bir işarədir". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bunun üçün hər bir siyasi partiya və təşkilat qanunla müəyyən olunmuş qaydada müvafiq dövlət orqanına rəsmi müraciət edir və həm dövlət orqanı mitinq və aksiya keçirməsi üçün həmin müraciət edən təşkilata və ya təşkilatlara uyğun bir məkan təqdim edir: "Ancaq bu cür məsuliyyətsiz çağırışlar etmək onu göstərir ki, həmin "siyasətçilər" hələ də 90-cı illərin əvvəllərində qalıblar. Rəsul Quliyev və onun kimi xaricdə oturub bu cür düşünənlərin ürəkləri aksiya, mitinq keçirmək istəyirsə buyurub Vətənə gəlsinlər. Yoxsa xaricdə oturub lobbilərin istəyi ilə insanları qanunları pozmağa çağırmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə