Səttar Mehbalıyev: “Xarici investisiyaların həcmi artırılmalıdır” AÇIQLAMA
"Dünyada baş verən maliyyə-iqtisadi böhranı və neftin qiymətinin aşağı düşməsi Azərbaycana da mənfi təsir edir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkəmizin iqtisadi vəziyyətinə də təsir edir: "Cənab Prezidentin də dediyi kimi, bu mənfi proseslərin ölkəmizə təsirini minimuma endirmək üçün qeyri-neft sektorunu daha da inkişaf etdirməliyik. Xarici investisiyaların həcmi artırılmalıdır. Ölkə başçısı Nazirlər Kabinetinin sonuncu toplantısında bazardakı qiymət artımına münasib əmək haqlarının və pensiyaların artırılması barədə müvafiq göstəriş verdi".
Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycan dünya bazarında nəhəng dövlətlərlə rəqabətə dözümlü olmaq üçün mövcud təlabata uyğun məhsullar istehsal etməlidir: "Dünya bazarına daxil olmaq asan deyil. Alıcılar tapmaq üçün Azərbaycan daha tələbatlı məhsullar istehsal etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB