"Əli Kərimli və onun kimi düşünənlərin siyasi fəaliyyətlə məşğul olmaq niyyətləri yoxdur. Bu insanlar ancaq pafoslu bəyanatlarla qisasçı mövqedən çıxışlarla gündəmdə qalmaq istəyirlər". Bu fikirləri SİA-ya Razi Nurullayevin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Səbuhi Aslanbəyli Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun Azərbaycanda məmurlara hədələyici fikirlər yönləndirməsinə münasibət bildirərkən deyib.
Sədr müavini qeyd edib ki, bu insanların psixoloji durumlarında problemlərin olduğu son zamanlar daha çox qabarıq şəkildə özünü biruzə verməyə başlayıb: "Şəxsən mən İnqilab Kərimovun əqlinin yerində olmasına şübhə edirəm: "Burada digər bir nüans isə ondan ibarətdir ki, Əli Kərimlinin dəstəsi yeni taktikaya əl atıb. Belə ki, bunların gündəmdə qalmaqdan başqa çıxış yolları qalmayıb. Bizdə olan məlumata görə artıq qarşı tərəfdən ştamp da, möhür də Ədliyyə Nazirliyi tərəfindən geri istənilib. Bunlar da çıxış yolu kimi öz ətraflarındakı 1-2 manqurta sahiblənmək üçün bu yolu seçiblər. Ona görə də düşünürəm ki, bu cür insanların fikirlərinə ümumiyyətlə əhəmiyyət verilməməlidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB