Bu gün Mübariz Qurbanlının doğum günüdür

Bu gün Mübariz Qurbanlının doğum günüdür

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlının doğum günüdür. Mübariz Qəhrəman oğlu Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən Mübariz Qurbanlı tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin dosentidir.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Evlidir, 2 övladı var.

Biz də SƏS MEDİA HOLDİNQ təmsilçiləri olaraq hörmətli Mübariz Qurbanlını doğum günü münasibəti ilə təbrik edir, ona ictimai-siyasi həyatında, eləcə də şəxsi həyatında yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzu edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə