"Əli Kərimlinin yolu onu uçurumdan yuvarladı" MÜNASİBƏT

"Əli Kərimlinin yolu onu uçurumdan yuvarladı" MÜNASİBƏT

"Məlumdur ki, Əli Kərimlinin ətrafında bir nəfər də olsun normal siyasət aparan adam yoxdur. Ətrafında yalnız savadsız, ağıldan şikəst adamlar qalan Əli Kərimlinin əlacı sosial şəbəkələrə qalıb". Bu fikirləri SİA-ya Razi Nurullayevin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Cavid Musazadə Əli Kərimlinin sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən deyib.

Sədr müavini qeyd edib ki, Əli Kərimlinin ətrafında qalan 3-4 nəfərin də artıq dövranı keçib: "Ona görə də onlar da şər-böhtana tuş gəlməsinlər deyə qapanıb oturublar. Qeyri real siyasətə kodlaşmış, Məlikməmmədçilər dəstəsinə çevriliblər. Əli Kərimli tutduğu mövqe ilə bacardıqca səhnədə qalmağa çalışır. Əsl siyasətçi onu lider edən insanları yanından uzaqlaşdırmazdı. Bu yol onu uçuruma apardı. Sonda da yuvarlandığının hamımız şahidi olduq. Nə zamana qədər ki, absurd, əsassız iddialarla çıxış edəcək, o zamana qədər də düşdüyü yerdən qalxa bilməyəcək. Bu baxımdan da hesab edirəm ki, bu insane çox əhəmiyyət vermək lazım deyil. Çünki pis yaxşı ona fikir verildikcə o gündəmdə qalmağı bacaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə