Azərbaycan GUAM-a sədrlik edəcək

Azərbaycan GUAM-a sədrlik edəcək

Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat – GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib. SİA-nın məlumatına görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

Xatırladaq ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə