73 dəmiryolçuya mənzillərin açarları təqdim olunub

73 dəmiryolçuya mənzillərin açarları təqdim olunub

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, yğıncağı giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov açaraq, iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni 2016-cı il münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləyib.

Sonra C.Qurbanov il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra yeni il ərəfəsində 73 dəmiryolçuya yeni mənzillərin açarlar təqdim olunub, eləcə də Yeni Azərbaycan Partiyasına üzv olan şəxslərə partiyanın üzvülük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə