Toğrul Allahverdili: “Humanizm prinsipi əsas prioritet olub” AÇIQLAMA
"Azərbaycanda Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq, humanizm siyasəti daim davam etdirilib. Ümummilli Lider hakimiyyətə gələn kimi ölüm hökmünə moratorium qoydu. O dövrdən başlayaraq heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə, ölüm hökmü ləğv edildi. Ulu Öndərin və cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar kifayət qədər insanlara şamil olunub". Bunu SİA-ya Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, Heydər Əliyev siyasətində həmişə hümanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir: "İndi isə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə möhtərəm Prezidentimiz əfv sərəncamı imzaladı və bu kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində keçirəcəklər. Daim Azərbaycanı qərəzli şəkildə tənqid edən təşkilatlar bu cür humanist addımlar atılanda səslərini çıxarmırlar. Təbii ki, belə humanist addımları dilə gətirmək onlara sərf etmir, çünki nə qədər bu məsələləri gərginləşdirsələr, onlara bir o qədər sərfəlidir. Ona görə ki, onların hümanizm prinsipi yoxdur. Onların prinsipi odur ki, Azərbaycana necə təzyiq göstərsinlər, necə ikili standartlarla, necə riyakarlıqla Azərbaycana qarşı addımlar atsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB