New Yorkda olan Jurnalistləri Qoruma Komitəsi (CPJ) 2015-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələri açıqlayb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ildə 69 jurnalist vəzifə başında öldürülüb.
CPJ-nin xüsusi hesabatına görə mətbuat üçün Suriyadan sonra ən təhlükəli ölkə Fransadır. Həyatını itirən jurnalistlərin 40 faizi Əl-Qaidə və İŞİD kimi qruplar tərəfindən digərləri isə cinayət əməlinin qurbanları olub.

2015-ci ildə 13 jurnalistin öldürüldüyü Suriyada isə demək olar ki, bir dənə də xarici jurnalist tapmaq mümkün deyil. Beynəlxalq media təşkilatlarının bu ölkəyə işçilərini göndərməmək qərarı da yerli jurnalistlərin ölkədən qaçmasından qaynaqlanır.

CPJ Liviya, Yəmən və İraq kimi müharibə ocaqlarında hadisələri araşdırmaqda çətinliklərlə qarşılaşdığından sözügedən ölkələrdə media ilə bağlı durum məlum deyil. Bir çoxları təhlükəsiz görünən Fransa da jurnalistlər üçün ölümcül ölkələr arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB