Musa Qasımlı: “Azərbaycan əməkdaşlığa və dialoqa açıq ölkədir” AÇIQLAMA
"Azərbaycan Respublikası qeyri-bərabərliyi, digər hər hansı bir dövlətin hökmlərini qəbul etməyən, əməkdaşlığa və dialoqa açıq olan bir ölkədir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə fikirlərini bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan hətta bir-biri ilə didişən dövlətləri əməkdaşlığa cəlb edən, onları bir masada oturtmağı bacarır: "Azərbaycan siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrində, xüsusən beynəlxalq terrorizmə qarşı mübarizədə, mədəniyyətlərarası dialoqda həmrəy olan bir ölkədir".
Qeyd edək ki, 31 dekabr Azərbaycanlıların ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB