“ABŞ ilə münasibətləri pozmağa çalışmaq siyasi savadsızlıqdır” AÇIQLAMA
"Son günlər ABŞ ilə Azərbaycan arasında müəyyən gərginlik yaşanmasın şahidi oluruq. Bu gərginlik ABŞ-ın bir qrup konqresmeninin ölkəmizin bəzi rəsmi və qeyri-rəsmi şəxslərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətiq etmək üçün hazırladığı qərar layihəsi ilə davam edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, əvvələr də buna bənzər hadisələr baş verib: "Hələ iyun ayında Avropa Şurası ilə yaranmış anlaşılmazlıq nəticəsində Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovun "Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur" bəyanatı ilə çıxışının da şahidi olmuşuq. Lakin o zaman çıxışlarımda dediyim kimi bu münasibətlərin normal məcraya dönəcəyi istisna deyildir. Azərbaycan əleyhinə hazırlanan qərar layihəsindən dərhal sonra ölkəmizdə bu münasibətlərin tam korlanmasına tərəf olan qüvvələrin aktivləşməsi görünür. Sosial şəbəkələrdə İran və rusmeyilli qüvvələrin ABŞ və Türkiyə əleyhinə yazılarının, tənqidlərinin artmasını görməmək mümkün deyildir".
Politoloq bildirib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi və siyasi sanksiyaların daha da intensivləşdiyi zamanda Amerika Birləşmiş Ştatları ilə münasibətlərin tam korlanmasına çalışmaq siyasi savadsızlıqdır: "Unutmaq lazım deyi ki, iqtisadiyyatımızın əsasını təşkil edən neftin alıcıları Avropa Şurasında təmsil olunan ölkələr və Amerika Birləşmiş Ştatlarıdır. Əslində ABŞ-ın özü də münasibətlərin korlanmasında maraqlı deyil. ABŞ Azərbaycanla bağlı siyasətində digər Cənubi Qafqaz respublikaları ilə münasibətdə özəl mövqe sərgiləyir.Qərblə münasibətləri kəsdikdən sonra nə Rusiya, nə Avrasiya İttifaqı ölkələri Azərbaycan neftini almayacaqlar. Çünki, onların özləri xammallarını satmağa bazar axtarırlar".
"Hesab edirəm ki, Azərbaycan Respublikasının Qərb dövlətləri və Türkiyə ilə münasibətlərinin korlanmasında maraqlı olan qüvvələr İran və Rusiyadır. Bu iki dövlətin bizə rəqib olması üçün öz maraqlarına görə kifayət qədər tarixi və siyasi əsasları var. Rusiya özünü elə göstərir ki, onlar Qarabağ münaqişəsini həll etməyə çalışırlar və biz də özümüzü elə aparırıq ki, guya buna inanırıq. Əslində isə hər iki tərəf vəziyyəti çox yaxşı bilir. Biz bilirik ki, Qarabağı Rusiya işğal edib. Azərbayсan torpaqlarında qondarma Ermənistan yaradaraq bizi sıxışdıran da Rusiyadır. Almaniya ilə müharibə illərində və sonra Azərbaycanı bütünlüklə sürgün etmək planı da Rusiyaya məxsusdur. O zaman əgər hər iki tərəf bir-birilərini yaxşı tanıyırsa o zaman bu saxta görüşlər, yalançı dostluq bəyanatları kimə gərəkdir. Onsuz da Rusiya Azərbaycana qarşı edə biləcəyi qədər pislikləri edib və bundan sonra da nəyə imkanı çatacaqsa onu da edəcək. Yəni Rusiya hakimiyyəti edə bildiyi qədər pisliklərini etməkdə davam edəcək. Hazırki Rusiya hakimiyyətindən mərhəmət, dostluq və sədaqət gözləmək axmaqlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB