Rasim Musabəyov: “Ermənilər zəhmət çəkib, qoşunlarını ərazimizdən çıxarsın” AÇIQLAMA
"Ermənistanın "atəşkəs bitdi, müharibə başlayır" hədəsi sadəcə boş-boş sözlərdir ibarətdir". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan indiyədək bu cür provokasyan üsullara əl atıblar: "Qoy, Ermənistan bunu desin amma bu o demək deyil ki, onların dedikləri fikirlər reallığa söykənir. Axı erməni qoşunları Azərbaycan ərazisində nə qələt edirlər? Zəhmət çəksinlər, qoşunlarını ərazilərimizdən çıxarsınlar. Vaxtilə Azərbaycanla Ermənistan arasında atəşkəs müvəqqəti elan olunmuşdu. Həmin atəşkəsin arxasınca iki ay müddətində müqavilə bağlanmalı idi və bununla da ermənilər öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çəkməli idi. Lakin həmin proses bu vaxta kimi həll olunmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB