Azərbaycan Moskvada əməkdaşlıq planları imzaladı FOTOLAR

Azərbaycan Moskvada əməkdaşlıq planları imzaladı FOTOLAR

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, hər iki görüşdə ölkələrimiz arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə