Gənclər Fondunun yeni ofisinin açılışı olub

Gənclər Fondunun yeni ofisinin açılışı olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) yeni ofisinin açılışı olub. SİA-nın məlumatına görə, bununla əlaqədar bu gün ofisdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin jurnalistlərlə görüşü keçirilib.

İcraçı direktor bildirib ki, AzGF "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.1.4 bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı əsasında yaradılıb: "Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.

Diqqətə çatdırılıb ki, AzGF-nin vəzifələri cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin dəstəklənməsi, gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların həyata keçirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi, gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətinin və ictimai təşəbbüskarlığın dəstəklənməsidir.

O qeyd edib ki, indiyədək Fonda 5080 müraciət olunub: "2333 layihə Fond tərəfindən dəstəklənib. Onlara da ümumilikdə 13 581 205 manat məbləğində vəsait ayrılıb".

Sonda jurnalistlərlə birgə xatirə şəkili çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə