"Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı məsələ zaman-zaman ABŞ-ın müxtəlif qurumları tərəfindən yanlış olaraq qabardılıb. Guya Azərbaycanda repressiyalar törədilir, vətəndaş hüquqları tapdalanır. Bu əsassız iddialar ABŞ-ın bəzi dairələrinin siyasi maraqlarına xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.
Onun sözlərinə görə, özlərində baş verən mənfi hadisələri qabartmayan bəzi ABŞ dairələri başqa ölkələrdə qüsur axtarır.
Bu ilin avqust ayında ABŞ-da 2 jurnalist qətlə yetirildiyini deyən Müşviq Ələsgərli son 5 il ərzində ABŞ-da öldürülən jurnalistlərin sayının 8 nəfərə çatdığını bildirib: "Azərbaycanda isə özünü "hüquq müdafiəçisi" elan etmiş bəzi şəxslər ölkənin təhlükəsizliyinə təhdid yaratdıqları üçün onlara qarşı cinayət işi açılıb. Nə qədər haqlı yerə tutulsalar da səhhətlərindəki problemi nəzərə alan dövlət başçımız böyük humanistlik göstərərək onları həbsdən azad edib. ABŞ-dakı bəzi qüvvələrin əsl məqsədi insan hüquqlarının qorunması olsa idi, bu şəxslərin bağışlanaraq həbsdən buraxılmasını alqışlamalı idilər. Əksinə belə bir vaxtda əlavə sanksiyalar tətbiq etmək məsələsini gündəmə gətirməzdilər. Bu onu göstərir ki, ABŞ-da bəzi dairələrin məqsədi heç də Azərbaycanda insan hüquqlarını qorumaq, demokratikləşmə prosesinə təkan vermək yox, əksinə bu proseslərə mane olmaq, süni problemlər yaradaraq bundan ölkəmizə qarşı istifadə etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB