“Azərbaycan bu görüşə diktə edən tərəf kimi qatılacaq” AÇIQLAMA

“Azərbaycan bu görüşə diktə edən tərəf kimi qatılacaq” AÇIQLAMA

"AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında işğal olunmuş ətraf 7 rayonun qaytarılmasını ilkin şərt olaraq azad olunması haqqında qəbul etdiyi qətnamə Azərbaycana bu görüşdə xeyli üstünlüklər verə bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu təklif ilk dəfə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceym Urolik tərəfindən səsləndirilib: "Sonradan vəziyyətin Rusiyanın xeyirinə olmadığını anlayan Putin hakimiyyəti Xarici İşlər naziri Serqey Lavrov adından bu təklifi yenidən səsləndirdirib. Hətta Qərb siyasətçilərini bir növ qınayaraq bu məsələnin onların fəaliyyət çərçivəsinə daxil olmadığını bəyan edib.Təbii ki, Rusiya bu münaqişənin tam həlinin tərəfdarı deyil. Çünki de-fakto işğalçı Rusiya dövlətidir. Bu səbəbdən də mümkün olan bütün imkanlardan istifadə edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına çalışır və hələlik buna nail olub. Ermənistan isə faktiki olaraq Rusiya tərəfindən əlaqəçi rolunda çıxış edir. Bu səbəbdən də görüşdən nə isə müsbət nəticə gözləmirəm. Lakin Azərbaycan həm beynəlxalq nüfuz baxımından həm də gələcəkdə poblemin həlli üçün böyük dividentlər əldə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə