Elşad Mirbəşiroğlu: “Ermənistan "status-kvo"nu saxlamağa çalışır” AÇIQLAMA
"Ermənistan tərəfi atəşkəs rejimini ciddi şəkildə pozmaqla prezidentlərin görüşündə münaqişənin tənzimlənməsi istiqamətində real addımın atılması məsələsinin deyil, cəbhə bölgəsindəki gərginliyin müzakirə olunmasına çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, bu uzun fasilədən sonra baş tutan bir görüşdür: "Prezidentlərin sonuncu görüşündən keçən uzun zaman müddətində ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin tənzimlənməsi istiqamətində müsbət nəticələrə gətirib çıxaracaq hər hansı bir addım atılmayıb. Ən əsası isə münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgilənməyib. Əksinə, bəzən tənzimləmə prosesinə mənfi təsir göstərən addımlar atılıb. Məsələn, bir neçə gün öncə amerikalı həmsədr Uorlik qondarma DQR-dan olan nümayəndələrlə görüşüb. Hesab edirəm ki, prezidentlərin görüşü ərəfəsində ATƏT-in MQ-nin həmsədrlərindən birinin belə bir addım atması bir daha sübut edir ki, digər həmsədr ölkələr kimi ABŞ da münaqişənin tənzimlənməsində obyektiv mövqe tutmaq və prinsipiallıq nümayiş etdirmək fikirindən uzaqdır. Təbii ki, belə olan halda işğalçı Ermənistan özünü tam cəzasızlıq şəraitində hiss edir və qeyri-konstruktiv davranışlarını davam etdirir".
Politoloq bildirib ki, görüş ərəfində Ermənistan tərəfindən cəbhə bölgəsində ciddi gərginlik yaratması da sübut edir ki, o, status-kvo vəziyyətinin qalması üçün əlindən gələni edir: "Bütün bu məqamlar belə qənaət formalaşdırır ki, yenə də Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və davranışları, ATƏT-in MQ-nin məqsədli fəaliyyətsizliyi prezidentlərin görüşünün nəticəsiz başa çatmasını şərtləndirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB