Müsavat partiyasının Divan üzvü: “Yenidən qurultay keçirilə bilməz” MÜNASİBƏT
"Son günlər mətbuatda adları Müsavat partiyasından istefa verənlər kimi göstərilən şəxslərin bizim partiyaya heç bir aidiyyatı yoxdur. Çünki həmin adamlar bir neçə il öncə partiya sıralarından xaric olunublar. Kiminsə guya əmək haqqına görə uzaqlaşdırılması isə tamamilə absurddur". Bu fikirləri SİA-ya Müsavat partiyasının Divan üzvü Razim Əmiraslanlı Müsavatdan kütləvi şəkildə istefaların olduğuna dair səsəndirilən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə partiyada əmək haqqı verilmir: "Burada çalışanlar yalnız ictimai əsaslarla işləyirlər.Ona görə də hesab edirəm ki, Müsavat Partiyası qərargahının keçmiş gözətçisi Zahir Beydullanın fikirləri tamamilə əsassızdır".
Qurultaydan sonra istefa verən müsavatçıların yenidən məhkəməyə müraciət etmələrinə də toxunan Divan üzvü bildirib ki, onların müraciətlərinin heç bir hüquqi əsası yoxdur: "Çünki Ədliyyə Nazirliyi qurultayın nəticələrini tanıyıb. Ona görə də kimlərsə qurultayın yenidən keçirilməsi ilə bağlı məhkəməyə müraciət edibsə, uduzub. Müsavat partiyasında yenidən qurultay keçirilməsi qətiyyən gözlənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB