Elman Məmmədov: “Ermənistandan konstruktiv mövqe gözləmək mənasızdır” AÇIQLAMA
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin əsas bir tələbi ortadadır ki, o da torpaqlarımız işğaldan azad olunsun. Beləcə, Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü təmin olunmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bu, bizim tələbimiz və irəli sürdüyümüz fikirdir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın sonunda planlaşdırılan görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər Ermənistan həqiqətən müstəqil bir dövlət olsa idi, erməni dövlətinə normal insanlar rəhbərlik etsəydi, (qanuna əməl edən, normal fikirləşən və s.) o zaman prezidentlərin görüşündən nəsə gözləmək olardı: "Ancaq bugünkü Ermənistan deyilən dövlət müstəqil deyil. Bu sadəcə olaraq Rusiyanın bir quberniyası, forpostudur. Beləcə, onlar nə deyəcəklərsə, ortaya nə qoyayacaqlarsa bu onların öz fikri deyil. Yəni rəsmi Moskva nə desə, Ermənistan tərəfi onu edəcək. Eyni zamanda bu gün həmin Ermənistan deyilən dövlətin siyasi hakimiyyətini artıq uzun illərdir zəbt etmiş hərbi xunta var. Qarabağda hərbi cinayətlər, soyqırımlar törətmiş bir qrup hərbi cinayətkar cani gəlib Ermənistanda siyasi hakimiyyəti zəbt edirlər. Onlarla danışıq aparmaq çox çətindir. Bunlar ədalətli yola gəlsələr və ədalətlə bu məsələnin həllinin tərəfdarı olsalar, bu onların bütün siyasi kariyerası və fəaliyyətlərinin üstünlüyü olacaq. Çünki bu canilər kriminal aləmdə tanınmış adamlardır. Məhz ona görə də rəsmi İrəvandan konstruktiv mövqe, təklif gözləmək ağılasığmayan məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB